Xəbərlər

“Elbit systems” adı açıqlanmayan ölkəyə elektro-optik sistemlər tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti Asiya ölkəsinə SPECTOR XR çox spektral elektro-optik (EO) sistemlərini tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Elbit Systems” şirkəti məlumat yayıb.

Məlumatda şirkət ilə adı açıqlanmyan ölkənin Hərbi Dəniz Qüvvələri arasında bu sistemlərin alınması üçün imzalanan müqavilənin 80 milyon ABŞ dolları dəyərində olduğu və dörd il ərzində reallaşdırılacağı bildirilib.

SPECTOR XR çox spektral EO sistemi Quru Qoşunlarını, Hərbi Hava və Dəniz Qüvvələrini həm gecə, həm də gündüz vaxtı duman, toz, tüstü kimi zəif görmə şəraitində yüksək ISTAR (Intelligence, surveillance, target, acquisition and reconnaissance) qabiliyyəti ilə təmir edir.

Süni intellekti dəstəkləyən sistem bundan istifadə edərək hədəfləri davamlı olaraq axtara və əməliyyat nəticələrini müəyyənləşdirə bilir. Həmçinin, SPECTOR XR insan səhvlərini azaltmaq üçün çox hədəfli video izləmə, hərəkətli hədəf göstəricisi (Moving Target Indication) və video hərəkət müəyyənləşdirmədən (Video Motion Detection) istifadə edir.

SPECRO XR e1622636870955

Poliqon.az

Back to top button