“Elbit Systems” İspaniya Ordusunu yeni rabitə cihazları ilə təmin edəcək

“Elbit Systems” İspaniya Ordusunu yeni rabitə cihazları ilə təmin edəcək

İspaniya Müdafiə Nazirliyi İsrailin “Elbit Systems” şirkətindən yeni rabitə cihazları alacaq.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, şirkət “Urgent Acquisition of V/UHF SDR Radio Equipment” proqramı çərçivəsində növbəti dəfə DGAM tərəfindən tədarükçü olaraq seçilib.

Proqram əsasında “Elbit Systems” İspaniya Silahlı Qüvvələrini “E-LynX” SDR (Software Defined Radio) proqram təminatlı rabitə cihazları ilə təmin edəcək. Layihə İspaniyanın “Telefonica” və İsrailin “Elbit Systems” şirkətləri tərəfindən İspaniyada birgə həyata keçiriləcək.

Qeyd edək ki, “E-LynX” SDR ailəsinə daxil olan rabitə cihazları bundan öncə, 2020-ci ildə döyüş taborları üçün və 2021-c ildə “Dragon” zirehli nəqliyyat vasitələrinə quraşdırılmaq üçün İspaniya tərəfindən seçilib.

Hazırda “E-LynX” SDR ailəsinin radio stansiyaları Azərbaycan və NATO ölkələri də daxil olmaqla bir çox Avropa dövlətlərinin orduları tərəfindən istifadə edilir.

Poliqon.az

CATEGORIES
TAGS