Elçin Quliyev : Azad edilmiş ərazilərdə DSX-nin hərbi potensialı gücləndirilib

Elçin Quliyev : Azad edilmiş ərazilərdə DSX-nin hərbi potensialı gücləndirilib

Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqlar yüksək səviyyədə yerinə yetirilib.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhədi Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev DSX-nin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində söyləyib.

Elçin Quliyev bildirib ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsinin nəzarət altına götürülməsi nəticəsində bu ərazidən keçən narkotrafikin qarşısı alınıb. Eyni zamanda Ermənistanla dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən 198,7 km-lik hissəsində Azərbaycan sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi sistemi təmin olunub.

DSX rəisi azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirildiyini və düşmən təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırıldığını qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS