Elçin Quliyev DƏMİR YUMRUQ abidə kompleksinin açılışını edib

Elçin Quliyev DƏMİR YUMRUQ abidə kompleksinin açılışını edib

Sentyabr ayının 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Akademiyasında DƏMİR YUMRUQ abidə kompleksinin açılışını edib.

“Poliqon” xəbər verir ki, DƏMİR YUMRUQ abidə kompleksi Vətən müharibəsində xalqın yenilməzliyini, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətini, Azərbaycan Silahlı Qüvvə­lə­ri­nin qüdrətini, Zəfər və şəhidlərin xatirəsini tərənnüm edir.

DƏMİR YUMRUQ abidə kompleksinin açılışı “Anım Günü”nün 2-ci ildönümü münasibətilə keçirilən tədbir zamanı baş tutub.

Tədbirdə Azərbaycan torpaqlarının azadlığı uğrundan şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların xatirəsi Hərbi Orkestr tərəfindən “Təzim” marşının ifası ilə bir dəqiqəlik sükütla yad edilib.

General-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevin rəhbərliyi altında DƏMİR YUMRUQ əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, Tarixi Zəfərin təmin edildiyini vurğulayıb.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd edilib.

Poliqon.az

CATEGORIES
TAGS