“Embraer” Filippinin A-29 təyyarələrinə texniki xidmət göstərəcək

“Embraer” Filippinin A-29 təyyarələrinə texniki xidmət göstərəcək

Braziliyanın “Embraer” şirkəti Filippin Hərbi Hava Qüvvələrinin A-29 “Super Tucano” təlim/döyüş təyyarələrinə texniki xidmət göstərəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Embraer” şirkəti məlumat yayıb.

Məlumatda şirkət tərəfindən göstəriləcək texniki xidmətin bu təyyarələrin 200 fərqli detalını əhatə edəcəyi bildirilib.

Qeyd edək ki, “Embraer” və Filippin HHQ arasında 2017-ci ilin sonlarında 6 ədəd A-29 “Super Tucano” təlim/döyüş təyyarələrinin alqı-satqısını dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət sifariş olunan bütün A-29 təyyarələrini 2020-ci ildə Filippin HHQ-yə təhvil verib.

Hazırda dünyanın 15-dən artıq ölkəsinin Hərbi Hava Qüvvələrində müxtəlif variantlarda 260-dan çox A-29 təyyarəsi xidmət göstərir.

Poliqon.az

CATEGORIES
TAGS