
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən hazırlanan ENFAL-17 məhsulu ilk dəfə SAHA 2026 sərgisində təqdim olunacaq.
“Poliqon” MKE-yə istinadən xəbər verir ki, ENFAL-17 məhsulu MKE TOLGA yaxın hava hücumundan müdafiə sisteminə inteqrasiya edilib.
Həmçinin sərgidə şirkətin nümayiş etdirəcəyi məhsullar arasında nəqliyyat vasitəsinə quraşdırılmış 105 mm-lik silah sistemi URAN, 120 mm-lik silah sistemi BOZKIR, minalanmış ərazilərdə keçid açma sistemi ALPAY-2, 155 mm-lik haubitsa olan ATİLLA, ağıllı dib minası MALAMAN və digər yüksək texnologiyalı sistemlər yer alır.
Qeyd edək ki, SAHA 2026 beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisi 5-9 may tarixlərində İstanbul Sərgi Mərkəzində keçiriləcək.




