Xəbərlər

Ermənistan silahlı qüvvələri Kəlbəcərdə növbəti təxribata əl atıb

Dekabrın 9-u saat 15:00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən  Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – deyə Müdafiə Nazirliyindən bildirilib.

Back to top button