Ermənistanın müdafiə naziri istefa verib
Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan istefa verib.
“Poliqon” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib.
Qeyd edək ki, V. Arutyunyan 1999-2000-ci illərdə nazir postunu tutub. Sonra siyasi fəaliyyətlə məşğul olub. 2002-ci ildə o zamankı prezident Robert Köçəryan tərəfindən vəzifəsindən alınıb və general-leytenant rütbəsindən məhrum edilib.
2019-cu ildə prezident Armen Sarkisyanın fərmanı ilə yenidən rütbəsinə qaytarılıb. O, ötən ilin avqust ayında Ermənistanın baş naziri Nikol Paşinyanın baş məsləhətçisi təyin olunub. Həmin il noyabr ayının sonundan isə müdafiə naziri postunu tuturdu.
CATEGORIES Xəbərlər