Ermənistanla sərhəddə daha iki hərbi hissə istifadəyə verilib

Ermənistanla sərhəddə daha iki hərbi hissə istifadəyə verilib

İyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində Dövlət Sərhəd Xidmə­tinin (DSX) 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

Bu barədə “Poliqon”a DSX-nın mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən DSX-nın rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sər­həd­lərinin iş­ğaldan azad edilməsindən sonra  Pre­zident İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl təd­birlərin həyata ke­çirilməsi qeyd olunub, görülən işlər çərçi­vəsində yeni hər­bi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sər­hədinin müha­fi­zə­si məsə­lə­lərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.

Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizə­sinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xü­susi əhəmiyyət kəsb etməsi qeyd edilib, Vətən Mühari­bə­sində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapda­­ğından azad olunmuş sərhəd­lərin toxu­nul­mazlı­ğı­nı təmin edən Azərbaycan sərhədçilərinin ölkə­mizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə ye­rinə yetirəcəkləri vurğulanıb.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Xocəvənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Prezident İlham Əliyev tərəfindən təltif edil­miş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliy­yə­tinin təşkili üçün yaradılmış şəraitlə tanış olunub, o cümlədən zəru­ri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xid­mə­ti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana komp­lek­sinə, anbarlara, döyüş texni­kası­na, silah və texniki vasitələrə baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilib, xatirə foto­şə­killəri çəkilib, DSX-nın nümunəvi orkestrinin və rəqs ansamblının ifasında konsert proqramı şəxsi heyətə təqdim olun­ub.

photo 20210709105206

photo 20210709105332

photo 20210709105356

photo 20210709105404

photo 20210709105409

photo 20210709105415

photo 20210709105420

photo 20210709105135

photo 20210709105020

photo 20210709105126

 

Poliqon.az

 

CATEGORIES
TAGS