Əsaslı təmir edilən desant maşınları Rusiya Silahlı Qüvvələrinə çatdırılıb
Əsaslı təmir edilən BMD-2 və BTR-D desant maşınlarının növbəti partiyaları Rusiya Silahlı Qüvvələrinə təhvil verilib.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, 144 saylı Zirehli Təmir Zavodu və “Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Kurqanmaşzavod” müəsssisəsi tərəfindən təmir edilən texnikalar əsaslı təmirdən sonra bır sıra sınaqlardan keçirilib. Sınaqları başa çatan BMD-2 və BTR-D desant maşınları Rusiya Silahlı Qüvvələrinin zirehli texnika parkına qəbul edilib.