Xəbərlər

Fazil Ağalarova general-leytenant ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Fazil Ağalarova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

“Poliqon” xəbər verir ki, sərəncama əsasən general-mayor Fazil Köçəri oğlu Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Fazil Ağalarov Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisidir.

Back to top button