Finlandiya ABŞ-dan AGM-158 JASSM qanadlı raketlərini alır
Finlandiya Müdafiə Nazirliyi ABŞ-la AGM-158 JASSM “hava-səth” qanadlı raketlərinin satın alınması barədə razılaşma imzalayıb. Bu barədə “AzeriDefence” xarici hərbi KİV-lərə istinadən məlumat verib.
Müqavilənin ümumi dəyəri 145 mln. Avro təşkil edir. Raketlər F/A-18C/D “Hornet” təyyarələrinin silahlanmasına daxil ediləcək.
Qeyd edək ki, 2011-ci ilin noyabrında ABŞ Konqressi 70-dən çox olmayaraq JASSM-ın Finlandiyaya çatdırılmasını bəyənib. Bir raketin dəyəri təxminən 1,3 mln. avro təşkil edir.
Finlandiya qanadlı raketlərin birinci partiyasını 2015-ci ilin sonlarında alacaq.
Məlumatlara görə, Finlandiyanın Hərbi Hava Qüvvələrlərinin inventarında 62 ədəd F/A-18C/D “Hornet” təyyarəsi mövcuddur.
AGM – 158 JASSM Lockheed Martin şirkəti tərəfindən istehsal edilir və 2009-cu ildən ABŞ ordusunun silahlanmasında yer alır.
Bir tonluq JASSM hədəfləri 350 km məsafədən vurma qabiliyyətinə malikdir. Hazırda Lockheed Martin yüksəldilmiş uzaqlığa malik JASSM-ER-in yeni modifikasiyası üzərində işləyir. Bu raket 2013-cü ildə hazır olacaq və F-35 Lightning II təyyarələrinin silahlanmasına daxil ediləcək.