Fransanın yeni amfibiya kateri “Iguana 31” – FOTO – VİDEO

Fransanın “Iguana Yachts” şirkəti yeni “Iguana 31” indeksi almış amfibiya katerini təqdim edib.

“AzeriDefence” xəbər verir ki, şirkət “Iguana 31” amfibiya kateri Parisdə keçirilən “Milipol -2017” beynəlxalq təhlükəsizlik sərgisində nümayiş etdirib.

“Iguana” kateri bundan əvvəl BIDEC-2017 və “Dubai Airshow-2017” sərgilərində nümayiş olunub. Əvvəllər şirkət amfibiya katerin xüsusi müştərilər üçün “Iguana 29” variantını, indi isə hərbi və təhlükəsizlik qüvvələri üçün uyğunlaşdırılmış daha böyük variantını – “Iguana 31” təklif edir.

“Iguana 31” katerin sahil mühafizəsi və axtarış-xilasetmə əməliyyatlarında istifadəsi nəzərdə tutulub.

Kater quruda hərkət etməsi üçün xüsusi tırtıllarla təchiz edilib. Suda və quruda hərəkət etmək qabiliyyəti olan katerin uzunluğu 31 fut (9.2 metr) təşkil edir. “Iguana 31” katerin quruda sürəti 7 mil/saat, suda sürəti isə 45 mil/saatdır. Maksimum 800 kiloqrama qədər yük götürmə qabiliyyətində olan amfibiya kater 300 at gücündə mühərrikə sahibdir.

4929348 800

4929768 800

4930001 800

 

CATEGORIES