Xəbərlər

Gəmi əleyhinə LRASM stels-raketinin yerüstü variantı yaradılır

1000 km-ə qədər atış mənzilli LRASM (Long Range Anti-Ship Missile) gəmi əleyhinə stels-raketinin yerüstü buraxma qurğusundan istifadə üçün variantı hazırlanır. Yeni LRASM SL gəmi əleyhinə raket dünyanın ən uzun mənzilli, aşağı aşkarolunma (stels) imkanlı gəmi əleyhinə raketi ola bilər.

“Poliqon” “Naval Technology” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın müdafiə sənayesinin nəhəngi “Lockheed Martin” və Fransanın “Thales” şirkətinin “Thales Australia” bölməsi, “SL” (Surface Launch) indeksini alacaq LRASM gəmi əleyhinə raketinin yerüstü versiyasının hazırlandığını elan edib.

Rəsmi açıqlamaya görə, yeni məmulat yerli tədqiqat və istehsal müəssisələrinin əhəmiyyətli iştirakı şərti ilə xüsusi olaraq Avstraliya Ordusu üçün yaradılır. Burada xatırlatmaq lazımdır ki, Avstraliya Ordusu 2020-ci ildə 200 ədəd həcmində AGM-158C LRASM raketini sifariş etmişdir.

Nəticədə, LRASM SL, ən uzun mənzilli stels texnologiyalara əsaslanan yerüstü platformalı gəmi əleyhinə raket ola bilər. 450 kiloqramlıq döyüş başlığı ilə hava versiyası olan LRASM ER, təqribən 980 km uçuş məsafəsinə malikdir. Bununla belə, yerüstü və ya suüstü platformadan atılma halında, uçuş mənzilinin azalacağını qeyd etmək lazımdır.

Eləcə də, qeyd edək ki, “Lockheed Martin” şirkəti hələ 2016-cı ildə Mk 41 universal gəmi şaxta buraxma qurğusundan LRASM raketinim uğurlu buraxılışını həyata keçirib. Həmçinin, 2017-ci ildə maili yerüstü platformalı buraxma qurğusundan uğurlu atış yerinə yetirilib.

Hər iki halda, sualtı qayıq əleyhinə VL/ASROC raketi üçün hazırlanmış 1 ton ağırlığındakı Mk-114 bərk yanacaqlı sürətləndiricidən istifadə edilib.

Ümumilkdə AGM-158C LRASM stels-raketi yerüstü hədəfləri məhv etmək üçün təyin edilmiş AGM-158 JASSM-ER (Joint Air-to-Surface Standoff Missile-Extended Range) raketinin gəmi əleyhinə versiyasıdır.

LRASM raketi hava versiyasında 2018-ci ildə ABŞ Ordusu tərəfindən silahlanmaya qəbul edilmiş və B-1B strateji bombardmançı təyyarəsinin və F/A-18E/F “Super Hornet” göyərtə qırıcısının arsenalına inteqrasiya edilib. Hazırda isə sualtı qayıq əleyhinə “Boeing P-8 Poseidon” təyyarəsinə və beşinci nəsil F-35 Lightning II döyüş təyyarəsinə inteqrasiya edilməkdədir.

LRASM-in əsas xüsusiyyəti, öz sensorlarından gələn məlumatların və uçuş zamanı raketə ötürülən məlumat axınının birləşməsinə əsaslanan tuşlama və idarəetmə sistemidir.

Xüsusilə, LRASM, təyin edilmiş rayona çıxmaq üçün ənənəvi GPS və inersial idarəetmə sisteminə əsaslanır. Ancaq adi gəmi əleyhinə raketin öz radiolokasiya stansiyasını işə saldığı halda, LRASM gəminin radiolokasiya stansiyasının şüalanmasını özü axtarır və termal kanalla məkanı araşdıraraq hədəfləri tapır.

Raketin stels texnologiya üzərində qurulduğunu nəzərə alsaq, bu raketin görünməz qalmasına və təyin edilmiş rayonda süzməsinə, hədəfləri axtarmasına və seçməsinə, bu məlumatları idarəetmə məntəqəsinə ötürməsinə, əlavə məlumat və komandaları almasına, həmçinin  koordinasiyalı hücumları icra etməkdən ötrü məlumatları eyni vaxtda digər LRASM raketlərinə ötürməsinə imkan verir.

Gəminin hava hücumundan müdafiəsinin (HHM) yarılması stels texnologiyası nəzərə alınaraq, düşmənin HHM vasitələrini tətbiq etmək şansını azaldan aşağı hündürlük uçuşu ilə əlaqədardır. Eyni zamanda, JASSM-ER raketinin imkanlarını nəzərə alaraq, raketin birbaşa düşmən gəmisinə, şaxta bazalanması olmayan HHM vasitələrinin ölü zonasından istifadə edərək şaquli (üstdən) hücumu həyata keçirməsi mümkündür.

Əhəd Əzizov

Poliqon.az

Back to top button