GDLS şirkəti yeni TRX SHORAD döyüş robotu hazırlayıb

GDLS şirkəti yeni TRX SHORAD döyüş robotu hazırlayıb

ABŞ-ın “General Dynamics Land Systems” (GDLS) şirkəti TRX (Tracked Robot 10) döyüş robotunun yeni versiyasını hazırlayıb.

“Poliqon” GDLS-ə istinadən xəbər verir ki, qısa mənzilli hava hücumundan müdafiə sistemi (SHORAD) ilə komplektləşdirilmiş yeni variant TRX SHORAD adlanır.

TRX SHORAD döyüş robotu CH-47 nəqliyyat helikopterinin və C-130 nəqliyyat təyyarəsinin vasitəsilə lazımi yerlərə asanlıqla daşına biləcək.

Həmçinin, onun 10 tonluq tırtıllı TRX şassisinə sahib olması Silahlı Qüvvələrin yaxın hava hücumundan müdafiə bölmələrinə üstün performans bacarqları qazandıracaq.

Qeyd edək ki, GDLS şirkəti TRX SHORAD-ı geniş ictimaiyyət qarşısında ilk dəfə 2023-cü il 28-30 mart tarixlərində ABŞ-da keçiriləcək AUSA sərgisində nümayiş etdirəcək.

Poliqon.az

CATEGORIES
TAGS