General: İran Qərbi Asiyanın ən güclü hərbi helikopter parkına malikdir

General: İran Qərbi Asiyanın ən güclü hərbi helikopter parkına malikdir

İran Qərbi Asiyada ən yüksək aviasiya döyüş hazırlığına sahib böyük və güclü hərbi helikopter parkına malikdir.

“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Ordusunun Hava-Desant Qüvvələrinin komandanı general Yusif Qurbani deyib.

Onun sözlərinə görə, İranın hərbi helikopterləri müasir avadanlıqlar, dəqiq zərbə raketləri və gecəgörmə sistemləri ilə təchiz olunub.

Y.Qurbani bildirib ki, hazırda yerli mütəxəssislər tərəfindən İranda 800-dən çox helikopter komponenti istehsal olunur.

Poliqon.az

CATEGORIES