Gürcüstan Almaniyadan əldə etdiyi maliyyə yardımı ilə yeni texnikalar alıb
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Almaniya hökuməti tərəfindən ayrılan maliyyə yardımı ilə satın alınan yeni texnikalara baxış keçirib.
Bu barədə “Poliqon” Gürcüstan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, Gürcüstan Müdafiə Nazirliyinə sözügedən maliyyə yardımı Almaniya hökumətinin “Enable and Enhance Initiative” proqramı çərçivəsində 2019-cu ildən bəri göstərilir.
Almaniya hökumətinin “Enable and Enhance Initiative” proqramı böhran təhlükəsi altında olan ölkələrin mülki və hərbi təhlükəsizlik sektorlarını dəstəkləmək, bununla da həmin dövlətlərin münaqişələrin qarşısını almaq qabiliyyətlərini və idarəetmə bacarıqlarını artırmaq məqsədi daşıyır.
Xatırladaq ki, Avropada fəaliyyət göstərən “General Dynamics European Land Systems” (GDELS) şirkəti “Enable and Enhance Initiative” proqramı çərçivəsində Gürcüstan Silahlı Qüvvələrinə 4 ədəd PYTHON səyyar körpü sistemi tədarük edəcək.