Gürcüstan şirkəti yeni PUA hazırlayır

Gürcüstanın “Tam Management” şirkəti T-31 indeksli pilotsuz uçuş aparatının (PUA) yaradılması üzərində işləyir.
“Poliqon” xəbər verir ki, bu barədə “Business Media Georgia” televiziya kanalına müsahibəsində “Tam Management” şirkətinin direktor müavini Mixeil Roqava deyib.
Onun sözlərinə görə, yeni yaradılan taktiki PUA 350 kq faydalı yük daşıya bilər. T-31 PUA-nın kəşfiyyat-müşahidə konfiqurasiyası 72 saat davamlı uça biləcək.
“Tam Management” aviasiya zavodu iki ildi T-31 PUA-nın yaradılması üzərində işləyir. Yeni pilotsuz uçuş aparatı kəşfiyyat tapşırıqlarını yerinə yetirməklə yanaşı sərhəd nəzarətində istifadə oluna bilər, o cümlədən döyüş sahəsindəki artilleriya bölmələrinə hədəfi yüksək dəqiqliklə vurmağa imkan verir, – deyə direktor müavini vurğulayıb.




