Son 5 ildə Gürcüstanın atıcı silahlarla təchizatında Bolqarıstan, Çexiya, Türkiyə, Slovakiya və Böyük Britaniya əsas rolu oynayıb. “AzeriDefence”nin apardığı araşdırmanın nəticələrinə görə, 2010-2014-cü illərdə BMT Adi Silahlar Registrinə təqdim olunmuş hesabatlara əsasən Gürcüstan Bolqarıstandan 15 min ədəd avtomat (hücum tüfəngi), 450 ədəd pulemyot, 6000 ədəd RPQ-22, 45 ədəd lüləaltı qumbaraatan satın alıb. Son 5 ildə Çexiyanın da Gürcüstana atııcı silahların ixracatında irəlləyişlər müşahidə olunur. 2005-2008-ci illərdə Gürcüstanın artilleriya sistemləri ilə təchizatında əsas rolu oynamış Çexiya 2010-2014-cü illərdə Gürcüstana 1215 ədəd karabin, 143 tapança, 77 hücum tüfəngi və 45 pulemyot satışını reallaşdırıb. Adıçəkilən ölkələrlə yanaşı qeyd olunan dövrdə Böyük Britaniya Gürcüstana 25 ədəd karabin, Slovakiya 210 ədəd, Türkiyə 344 ədəd tapança satıb.