HAVELSAN: Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun!

Türkiyənin HAVELSAN şirkəti Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.
“Poliqon” xəbər verir ki, təbrik mesajında bildirilib ki, böyük səylər və müstəqillik uğrunda mübarizədən sonra 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası kimi tarixə düşən, dost və qardaş ölkə olan Azərbaycanın Respublika Günü mübarək olsun!
“Məhəmməd Əmin Rəsulzadə ömrünü Azərbaycanın müstəqilliyinə həsr etmişdir. 1918-ci il mayın 28-də unudulmaz sözünü – “Bir kərə yüksələn bayraq bir daha enməz” deyərək Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdir.
Azərbaycanın müstəqilliyini qazanması və Azərbaycan Cümhuriyyətinin qurulması üçün Məhəmməd Əmin Rəsulzadə ilə mübarizə aparan millət vəkillərinin ruhları şad olsun, Azərbaycanın bu şərəfli günü qutlu olsun!”, – deyə təbrik mesajında qeyd edilib.





