HAVELSAN şirkəti Malayziyada 3 fərqli müqaviləyə imza atıb

HAVELSAN şirkəti Malayziyada 3 fərqli müqaviləyə imza atıb

Türkiyənin HAVELSAN şirkəti Malayziyanın Linqkavi bölgəsində keçirilən LIMA-2023 sərgisində 3 fərqli müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə HAVELSAN şirkəti məlumat yayıb.

Bildirilib ki, HAVELSAN və Malayziyanın “Ventura” şirkəti arasında imzalanan birinci müqaviləyə əsasən, bu ölkənin daxili təhlükəsizliyi ilə bağlı layihələrdə iki şirkətin birgə əməkdaşlıq göstərməsi nəzərdə tutulub.

Növbəti ikinci müqavilə HAVELSAN ilə “G7 Aerospace Sdn Bhd” şirkəti arasında bağlanıb. Bu memoranduma görə, hər iki şirkət Malayziya Hərbi Hava Qüvvələrinə (HHQ) dair elan edilən layihələrdə birlikdə çalışması planlaşdırlıb.

Son olaraq isə HAVELSAN komanda-nəzarət texnologiyaları, simulyasiya sistemləri və kibertəhlükəsizlik sahəsində birgə işlərin aparılması üçün Malayziyanın Milli Müdafiə Universiteti ilə əməkdaşlıq haqqında sövdələşməyə imza atıb.

Poliqon.az

CATEGORIES
TAGS