HHM lazer sistemi uğrunda mübarizədə “Northrop Grumman” şirkəti kənarda qalıb

HHM lazer sistemi uğrunda mübarizədə “Northrop Grumman” şirkəti kənarda qalıb

Lazer Hava Hücumundan Müdafiə (HHM) sistemini yaratmaq proqramının vahid lideri “Raytheon” şirkətidir.

“Poliqon” “Defense News” şirkətinə istinadən xəbər verir ki, “Northrop Grumman” şirkəti artıq ABŞ Ordusunun qısa mənzilli HHM sistemi üçün lazer silahları istehsal etməyəcək.

Nəşrin yazdığına görə, 2020-ci ilin sonunda SHORAD sistemində 50 kilovatlıq lazer modulunun sınaqları zamanı platformaya quraşdırılmış qidalandırmanı və temperaturu idarəetmə sistemi ilə əlaqədar yanğın baş verib.

Nəticədə həm lazer sistemi, həm də digər komponentlər yanğından zədələnmiş və “Northrop Grumman” şirkətinin mütəxəssisləri sistemləri növbəti sınaqlara qədər təmir etməyə çalışıblar. Lakin 2021-ci ilin yanvarında vəziyyət təkrarlanmış, qidalandırmanı və temperaturu idarəetmə sistemi yenidən sıradan çıxmış, şirkət sınaqlarda tam uğursuzluğa düçar olub.

Nəhayət, “Northrop Grumman” şirkəti proqrama qatılmamaq, lakin “qabaqcıl döyüş vahidlərinin tam müdafiəsini təmin etmək üçün” lazer silahları sahəsində qabiliyyətlərini inkişaf etdirməyə davam edəcəyi qərarına gəlib.

Beləliklə, hazırda lazer HHM sistemi yaratmaq üçün proqramda yalnız “Raytheon” şirkənin başçılıq etdiyi bir komanda qalıb.

240392347 379826606975957 7486331315981358687 n

Stryker zirehli transportyoru şassisində lazer sistemi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS