Hindistan böyük partiya Kalaşnikov avtomatı alır

Hindistan böyük partiya Kalaşnikov avtomatı alır

Hindistan təcili surətdə öz ordusunun atıcı silahlarını yeniləyir.

“Poliqon” xarici mediaya istinadən xəbər verir ki, İsrailin IWI şirkətinin istehsalı 16479 dəst “Negev NG7” yüngül pulemyotlarının və ABŞ-ın “Sig Sauer” şirkətinin istehsalı 73000 dəst SIG716 hücum tüfənglərinin alınmasının ardınca, Rusiya Federasiyası ilə 70000 dəst “200-ci seriya” Kalaşnikov avtomatının alınması barədə müqavilə bağlayıb.

Müqaviləyə əsasən silahların tədarükünə cari ilin noyabr ayında başlanılacaq. Yeni silahlarla ön mövqelərdə duran piyada bölmələri silahlandırılacaq.

Çox ehtimal ki, söhbət 7,62×39 mm-lik AK-203 avtomatlarından gedir. Belə ki, Hindistan və Rusiya 2007-ci ildən etibarən Hindistanda AK-203 avtomatlarının birgə istehsal müəssisəsinin yaradılması layihəsi üzərində işləyirlər. “Indo-Russian Rifles Private Ltd” müəssisəsinin təməli hələ 2007-ci ildə qoyulub və 2019-cu ildə zavodun açılışı barədə rəsmi məlumat paylaşılıb. Lakin, seriyalı istehsala hələ də başlanılmayıb. Müəssisədə 700000 dəst AK-203 avtomatının mərhələli lokalizasiya şərti ilə istehsalı planlaşdırılıb. Əlavə olaraq, 50000 dəst avtomat Rusiyadan Hindistana ixrac olunacaq.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS