Hindistan C-295 təyyarələri ilə hərbi aviasiya parkını genişləndirəcək

Hindistan C-295 təyyarələri ilə hərbi aviasiya parkını genişləndirəcək

Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi sentyabrın 8-də “Airbus” Korporasiyası tərəfindən tədarük ediləcək 56 ədəd C-295 yüngül hərbi nəqliyyat təyyarələrinin alınmasına dair 2021-ci il yanvarın əvvəlində imzalanmış müqaviləni təsdiqləyib.

“Poliqon” xəbər verir ki, müqaviləyə əsasən 4 il ərzində ilk 16 ədəd C-295 təyyarəsi “Airbus” müəssisəsində istehsal edilərək quru və ya dəniz yolu ilə Hindistana çatdırılmalıdır.

Hindistanın yerli TATA şirkəti ilə “Airbus” arasında imzalanmış digər müqaviləyə əasasən, qalan 40 ədəd təyyarə isə TATA konsorsiumunda növbəti on il ərzində istehsal edilməlidir.

C-295 təyyarəsi qoşunların və yüklərin daşınması, habelə dəniz patrul xidmətləri, kəşfiyyat aparılması, tibbi evakuasiyaya, desant çıxarma və humanitar əməliyyatlarda tətbiq edilə bilir.

C-295 təyyarələri Hindistan Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer alan AVRO-748 hərbi nəqliyyat təyyarələrini əvəz edəcək. Bununla C-295 təyyarələri An-32 hərbi nəqliyyat təyyarələrinin parkını tamamlamalıdır.

Qeyd edək ki, hazırda Hindistan Hərbi Hava Qüvvələrinin arsenalında 100-ə yaxın An-32 təyyarəsi var.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS