Hindistan ordusu yüzlərlə özü hərəkət edən haubitsa alır

Hindistan ordusu yüzlərlə özü hərəkət edən haubitsa alır

Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (Defence Research and Development Organisation – DRDO) martın 31-dək ölkənin Quru Qoşunları üçün 307 ədəd 155 mm-lik qabaqcıl yedəyə alınan artilleriya silah sistemi (Advanced Towed Artillery Gun System – ATAGS) – yedəyə alınan haubitsaların sifarişinin veriləcəyini açıqlayıb.

“Poliqon” DRDO-ya istinadən xəbər verir ki, ümumilikdə, hazırda istifadədə olan İsveç istehsalı FH-77B haubitsalarının dəyişdirilməsi də daxil olmaqla, 1580 ədəd yeni haubitsa alınması planlaşdırılır.

ATAGS, “Armament Research and Development Estabment” (ARDE), “Tata Advanced Systems” və “Kalyani Strategic Systems” şirkətləri tərəfindən Hindistan Ordusu üçün hazırlanmış yedəyə alınan və özü hərəkət edən 155 mm çaplı haubitsadır. “Bharat Forge”, “Tata Power SED” və “Advanced Weapons and Equipment India” şirkətləri tərəfindən istehsal edilir. Lüləsinin uzunluğ 52 çapdır və ya ~8060 mm-dir.

Əhəd Vahidoğlu

CATEGORIES