Sənaye
Hindistan yeni raketin sınaqlarına başlayıb

Hindistan “Nag” tank əleyhinə idarəolunan raketin yaradılması istiqamətində layihəni davam etdirir.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, bu layihənin icrasına 2008-ci ildən başlanılıb.
Raket ilkin sınaqlarda müsbət effektlə çıxıb.
8 raket kompleksindən ibarət NAMICA (“Nag” Missile Carrier) sistemi BMP-1-in şassisi üzərində yaradılıb.
“Nag”ın çəkisi 42 kq, uzunluğu 1,9 metr, döyüş bölməsinin çəkisi 8 kq, sürəti saatda 230 m-dir.
Raket HAL “Dhruv” və “HAL “Light Combat Helicopter” helikopterlərinə də inteqrasiya oluna bilir.



