Hindistanda avtonom sualtı vasitənin sınaqları yerinə yetirilib

Hindistanda avtonom sualtı vasitənin sınaqları yerinə yetirilib

Hindistanda Yüksək Dözümlü Avtonom Sualtı Vasitənin (HEAUV – High Endurance Autonomous Underwater Vehicle) sınaqları yerinə yetirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) məlumat yayıb.

Bildirilib ki, Koçin Gəmiqayırma Zavodunda həyata keçirilən sınaqlarda avtonom sualtı vasitənin su səthində üzmək qabiliyyəti yoxlanılıb.

CATEGORIES