Hindistanın “Agni Prime” ballistik raketi sınaqdan keçirilib

Hindistanın “Agni Prime” ballistik raketi sınaqdan keçirilib

Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (DRDO) yeni nəsil ballistik raket olan “Agni Prime”nin atış sınağını keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Araşdırma və İnkişaf Təşkilatı məlumat yayıb.

DRDO-nun məlumatına görə, Hindistanın Odişa sahillərində yerləşən Abdul Kalam adasından gecə vaxtı baş tutan sınaq zamanı bütün hədəflər müvəffəqiyyətlə məhv edilib.

Qeyd olunub ki, uğurlu keçən sınaq hindistanlı rəsmilər tərəfindən yüksək qiymətləndirilib.

Əlavə məlumat üçün bildirək ki, bundan əvvəl 2021-ci ilin oktyabr ayında DRDO tərəfindən hazırlanmış 5000 km mənzilli “Agni-5” qitələrarası ballistik raketi sınaqdan keçirilib.

Poliqon.az

CATEGORIES