Hulusi Akar və Zakir Həsənov “Anadolu Qartalı-2023” təlimini izləyib

Hulusi Akar və Zakir Həsənov “Anadolu Qartalı-2023” təlimini izləyib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konya şəhərində keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimini izləyiblər.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Hulusi Akar təlimi izləmək üçün Türkiyəyə gedən general-polkovnik Zakir Həsənovu Konyada yerləşən 3-cü Əsas Reaktiv Baza Komandanlığında qarşılayıb.

Anadolu Qartalı Təlim Mərkəzinə gələrkən mərasim heyətini birlikdə salamlayan H.Akar və Z.Həsənov daha sonra xatirə şəkli çəkdiriblər.

Təşkil olunan brifinqin ardınca təlim çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib, nazirlər Türkiyə Hərbi Hava Qüvvələrinin pilotaj qrupu olan “Türk Ulduzları”nın çıxışlarını izləyiblər.

Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim Türkiyə, Azərbaycan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.

“Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

Poliqon.az

CATEGORIES
TAGS