
Hulusi Akar və Zakir Həsənov Ukraynadan qayıdan A400M nəqliyat təyyarələrinin şəxsi heyəti ilə görüşüb
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynadan qayıdan A400M nəqliyat təyyarələrinin şəxsi heyəti ilə görüşüb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, 2 ədəd A400M nəqliyyat təyyarəsinin dekabrın 20-də Kayseridə yerləşən hərbi hissəyə qayıtması ilə bağlı keçirilən görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.
Qeyd edək ki, Zakir Həsənov Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin Kayseridə keçiriləcək növbəti iclası ilə bağlı Türkiyədə rəsmi səfərdədir.
Xatırladaq ki, hər iki nəqliyyat təyyarəsi Rusiyanın-Ukraynaya müharibəsinin əvvəlində humanitar yardım aparmaq və Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə Ukraynaya gedib. Ancaq hava məkanının bağlanması səbəbindən 10 ay Borispol aeroportunda qalmalı olub.