
Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Hürkuş-B” təyyarəsi yanvarın 29-da ilk uçuşunu edib.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyi (SSM) özünün sosial şəbəkə hesabında duyurub.
“Hürkuş-B” təyyarəsinin sifarişçiyə təhvil verilməsinə bu il ərzində başlanacaq. Türkiyə Hərbi Hava Qüvvələri 15 ədəd “Hürkuş-B” təyyarəsi alacaq.
Uçuşda ilk dəfə ASELSAN şirkəti tərəfindən hazırlanmış rəqəmsal kabinə (glass cockpit) inteqrasiya olunmuş “Hürkuş” təyyarəsi istifadə edilib.



