IAI adı açıqlanmayan ölkəyə SIGINT sistemləri tədarük edəcək

IAI adı açıqlanmayan ölkəyə SIGINT sistemləri tədarük edəcək

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti adını açıqlamadığı beynəlxalq müştəriyə havadan siqnal kəşfiyyatı aparmağa imkan verən SIGINT (Signals Intelligence) sistemləri tədarük edəcək.

“Poliqon” “Israel Aerospace Industries”ə istinadən xəbər verir ki, bunun üçün şirkət və sifarişçi arasında satın alınacaq sistemlərə texniki xidmətin göstərilməsi də daxil olmaqla 100 milyon avro dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, SIGINT həlləri ilə bağlı bütün işləri IAI-nin elektronika sahəsində ixtisaslaşmış törəmə şirkəti olan “ELTA Systems” yerinə yetirəcək.

Razılaşmaya uyğun olaraq “ELTA Systems” şirkəti müştəriyə həm pilotlu, həm də pilotsuz hava platformalarında quraşdırılması üçün SIGINT sistemləri və hava rabitə dəstləri təmin edəcək.

Poliqon.az

CATEGORIES
TAGS