IDEAS-2022: Pakistan PAF yeni layihə və həllərini təqdim etdi

IDEAS-2022: Pakistan PAF yeni layihə və həllərini təqdim etdi

Pakistanın Karaçi Ekspo Mərkəzində keçirilən IDEAS-2022 11-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında Pakistan Hərbi Hava Qüvvələrinin (PAF) Milli Aerokosmik Elm və Texnologiya Parkı (NASTP) böyük sahədə stendlə təmsil olunub və özünün məhsul və xidmətlərini təqdim edib.

“Poliqon” xəbər verir ki, dörd gün davam edən tədbirdə Pakistan Hərbi Hava Qüvvələri öz pavilyonunda qabaqcıl aerokosmik, avionika, kiber və digər əlaqəli texnologiyalarını nümayiş etdirib.

PAF pavilyonunda həmçinin aviasiya rabitə sistemləri, hava və yer C2 imkanları, çox platformalı avionika inteqrasiyası, mikro reaktiv mühərrikinin inkişafı və simulyasiya sistemləri sərgilənib. Habelə, açıq sahədə JF-17 “Thunder” qırıcısı və “Super Mushshak” təlim təyyarəsi nümayiş etdirilib. JF-17 “Thunder” və “Super Muhshak” təyyarələri ziyarətçilərin xüsusi marağını səbəb olub. Xarici nümayəndələr və rəsmilər təyyarənin texniki xüsusiyyətləri ilə bağlı ətraflı məlumatlandırılıb.

hhqSərginin ilk günü Pakistanın Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhu Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Bəhreyn Milli Qvardiyasının komandanı general Şeyx Məhəmməd bin İsa bin Salman Əl Xəlifə ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Aviasiya marşalı Z.Sidhu bildirib ki, Pakistan Azərbaycanla güclü diplomatik, iqtisadi və müdafiə əlaqələrini yüksək qiymətləndirir. General-leytenant Ramiz Tahirov əvvəlcə daşqınların səbəb olduğu dağıntılar arasında insan tələfatı ilə bağlı Pakistan xalqına başsağlığı verib, Pakistan HHQ-nin daşqın qurbanlarına yardım və reabilitasiya üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Hər iki tərəf xüsusilə təlim və əməliyyat sahələrində mövcud hərbi əlaqələri daha da möhkəmləndirmək barədə razılığa gəliblər.

Sərginin 3-cü günündə PAF-ın əfsanəvi “Mirage” təyyarəsi Karaçidə dəniz üzərində yüksəsk səviyyəli uçuş nümayiş etdirib. Bura həmçinin PAF-ın “Air Borne” komandasının C-130 “Hercules” nəqliyyat təyyarəsindən paraşütlə atlama nümayişi də daxildir. Bu mərasim bir sıra əsas rəsmilər, nümayəndə heyətləri və ziyarətçilər tərəfindən izlənib, maraqla qarşılanıb.

NASTP Milli Aerokosmik Elm və Texnologiya Parkı

MRS2599Pakistanın milli əhəmiyyətli layihəsi olan NASTP sərgidə həm yerli, həm də beynəlxalq ziyarətçilər tərəfindən bəyənilib. PAF əməkdaşları ziyarətçilərə NASTP layihəsinin əsas elementləri, alt layihələri və mümkün gələcək perspektivləri haqqında məlumat veriblər. Layihə çərçivəsində yaradılmış müxtəlif qanadların ümumi işi haqqında təsəvvür formalaşdırmaq üçün müxtəlif NASTP proqramlarının konseptual videoları nümayiş etdirilib.

Pakistan Hərbi Hava Qüvvələri Komandanlığından NASTP layihə direktoru Liaquat Ullah İqbal POLİQON jurnalına açıqlamasında bildirib ki, PAF Pakistanın havadan müdafiəsini təmin etmək üçün təyin olunmuş, Pakistan Silahlı Qüvvələrinin hava döyüşü bölməsidir. Bundan başqa PAF Pakistanın Quru Qoşunlarına, Hərbi Dəniz Qüvvələrinə və müxtəlif dövlət idarələrinə tələb əsasında hava logistika dəstəyi bacarığı və strateji hava nəqliyyatı daşıması təmin edir.

“PAF milli müstəqillik qazandıqdan indiyə kimi Böyük Britaniya, ABŞ, Fransa və Çin mənşəli müxtəlif tipli təyyarələrdən istifadə edir. Bu təyyarə və silah sistemləri Pakistan Hərbi Hava Qüvvələrinə ehtiyac duyulan üstün döyüş bacarıqlarını qazandırsa da, məhdudiyyət, embarqo, ixraca nəzarət, habelə çox ciddi köhnəlmə və qarşılıqlı fəaliyyət problemlərini də özü ilə bərabər gətirdi.

PAF rəhbərliyi bu çətinlikləri azaltmaq üçün Pakistanda məlumatların avtomatlaşdırılması, sensor birləşməsi, sistemlər, silah inteqrasiyası və başqa sahələrdəki başlıca qabiliyyətlər üçün MRO (Maintenance, Repair and Overhaul) servis, təmir və təkmilləşdirmə mərkəzləri ilə barəbar bir neçə “Ar-Ge” (araşdırma-inkişaf) mərkəzləri quraraq tələblərə fəal şəkildə cavab verir”, – deyə L.İqbal vurğulayıb.

Onun sözlərinə görə, aerokosmik, mühərriklər, avionika, aerostruktur, MRO, sistemlərin inteqrasiyası, sınaq, ixtisas, döyüş sursatlarının istehsalı, simulyatorlar və AR/VR sistemləri və s. sahələrində fəaliyyət göstərən 75-100 illik ənənəyə malik beş AED (Air Engineering Depot) Aviasiya Mühəndisliyi Deposu Karaçidə yerləşir.

Bundan başqa, yerüstü idarəetmə avadanlığı; xüsusi nəqliyyat vasitələri; radar MRO / təkmilləşdirmələri; C-130 modları / təkmilləşdirmələri və robototexnika; EOD-lar (Explosive Ordnanc Disposal) və yüklərin MRO-su da daxil olmaqla bir çox sahədə ixtisaslaşan üç AED Ravalpindidə yerləşir. Habelə, “Ar-Ge” bölmələri EW, EO/IR, ISR və dron sistemləri sahələrində dizayn, tədqiqat və inkişaf işləri aparır.

nastp2NASTP layihə direktoru bildirib ki, ilkin olaraq, PAF təyyarələrinin və sistemlərinin əksəriyyəti əsaslı təmir və servis üçün istehsalçı ölkələrinə göndərildi. Bu da ölkədən kənar təmirdə əlavə vaxtın, valyutanın itirilməsinə, habelə müxtəlif logistika və texniki çətinliklərin üzləşilməsi ilə nəticələndi. Buna görə də PAF rəhbərliyi, bir neçə növ qırıcı təyyarənin MRO prosesində yaranan çətinlikləri müşahidə edib və 1973-cü ildə “Pakistan Aeronautical Complex” (PAC) yaradılıb. PAC Kamradakı F-6 Yenidənqurma Fabriki (F6RF), son 50 ildə F-6 təyyarəsi üçün yaradılan MRO müəssisəsindən 16000 ixtisaslı işçi qüvvəsi olan dörd fabrikdən ibarət nəhəng bir kompleksə çevrilib. Hal-hazırda PAC istənilən növ hərbi və kommersiya təyyarələrinin, mühərriklərin, radarların və faydalı yüklərin MRO prosesini, həmçinin JF-17 “Thunder” qırıcılarının, təlim təyyarələrinin və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını həyata keçirmək qabiliyyətinə malikdir.

Daha sonra, PAF “Aviasiya Tədqiqatları, İnnovasiyalar və İnkişaf” (AvRID) adlı əsas “Ar-Ge” quruluşunu, eləcə də “PAF Air Worthiness Certification Authority” (PACA) adlı sertifikatlaşdırma agentliyini yaradıb.

L.İqbal qeyd edib ki, AvRID, PACA və PAF Depolarının, “Ar-Ge” bölmələrinin və layihələr şöbəsinin bir yerdən idarəedilməsini təmin etmək üçün hazırkı PAF rəhbərliyi Pakistan daxilində COE (Center of Excellence) tipli NASTP (National Aerospace Science and Technology Parks – Milli Aerokosmik Elm və Texnologiya Parkları) qurmağı nəzərdə tutub. NASTP PAF-ın gələcək müharibələrdə üstünlüyə malik olması üçün ehtiyac duyduğu aviasiya, kosmik və kiber sahələrində dizayn, tədqiqat, təkmilləşdirmə və innovasiyaları inkişaf etdirmək üçün lazım olan əsas elementlərin eko-sistemini təmin edəcəkdir.

nstap3

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı marşal Zahir Əhməd Baber Sidhu bu layihənin ümumi baxışını və missiyasını təqdim edib:

NASTP-ın vision

Dünyanın ən yaxşı Aerokosmik, Kiber və Hesablama Klasterlərindən birinə çevrilmək, müasir “Ar-Ge” və innovasiya mərkəzləri ilə milli mənzərəni dəyişdirmək;

NASTP-ın missiyası             

Pakistan və dəyərli tərəfdaşlara sosial, iqtisadi, texnoloji və elmi faydaları təmin etmək üçün Aviasiya, Kosmik, Kiber və Hesablama sahələrində birgə tədqiqat, inkişaf və innovasiyaları təşviq etmək;

NASTP-ın əhatə dairəsi

NASTP-lar seçilmiş regional yerlərdə yaradılacaq və xüsusi yer, bazar təhlili, əsas sənayenin, qurumların, PAF Hava Mühəndislik Depolarının, özəl şirkətlərin və mühəndislik mərkəzlərinin mövcudluğuna əsaslanan layihənin ümumi ekosisteminin hərtərəfli elementlərinə malik olmalıdır. Regional NASTP-lar öz ətraflarında yerli sənaye, qurumlar, texnoloji inkubasiya mərkəzləri, İT Parkları və bu tip başqa mini-klasterlər yaratmağı hədəfləyəcək.

GSTAR 2022-də NASTP təqdimatı

L.İqbal bildirib ki, NASTP layihəsinin təqdimatı 2022-ci il 19-20 oktyabr tarixlərində keçirilən “Global Strategic Threat and Response” (GSTAR) beynəlxalq forumda Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin iştirakı ilə olub. Hərbi Hava Qüvvələrinin komandanı yerli sənayenin və beynəlxalq auditoriyanın iştirakı ilə GSTAR forumunda NASTP-nın başladığını elan etdi və o gündən NASTP Pakistanın texnoloji, iqtisadi və müdafiə mənzərəsində mühüm yer tutur. L.İqbal qeyd edib ki, bu bəyanat böyük diqqət topladı və Pakistanın bilik iqtisadiyyatına geniş təsirləri haqqında milli səviyyədə dialoqa səbəb oldu.

NASTP Alfa Ravalpindiyə baxış

NASTP Alfa aşağıdakı əsas elementlərə malikdir:

  • Təyyarə, kosmik, radar, EW, EO/IR, kiber, hesablama, qabaqcıl havadan rabitə sistemləri və texnologiyaları, C2 sistemləri və proqram təminatı üzrə NASTP Texnologiya Bölmələri;
  • NASTP Aviasiya Akademiyası ilə NASTP Texnologiyalar və Sistemlər İnstitutu kimi iki qabaqcıl layihəyə sahib NASTP Təlim Şöbəsi;
  • NICAT Aerokosmik Texnologiyalar üzrə Milli İnkubasiya Mərkəzi;
  • Türkiyənin əməkdaşlığı ilə “Siber Koze” adlı kiber və İT üzrə Təlim və İnkubasiya Mərkəzi;
  • PACA PAF Uçuşa yararlılıq Sertifikatlaşdırma Təşkilatı;
  • CENTAIC Süni İntellekt və Hesablama Mərkəzi;
  • NCCS Milli Kiber Təhlükəsizlik Mərkəzi;
  • SISCO və HUAWEI laboratoriyaları ilə Sertifikatlaşdırma Mərkəzi;
  • ACAST Avadanlıq Sertifikatlaşdırma Mərkəzi;
  • Özəl şirkətlər üçün “Alpha Techno Square” (ATS) və birgə iş sahələri üçün “Daftarkhwan” və s. daxildir.

Poliqon.az

CATEGORIES
TAGS