Xəbərlər

IDEF-2021 sərgisinə hazırlıqlar davam edir

25-28 may 2021-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2021 XV beynəlxalq müdafiə sərgisininə hazırlıqlar davam edir.

Bu barədə “Poliqon”a Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondundan (TSKGV) məlumat verilib.

Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında baş tutacaq IDEF-2021 beynəlxalq müdafiə sərgisinin keçiriləcəyi TÜYAP Sərgi və Konqres Mərkəzində hazırlıq işləri tamamlanıb və iştirakçılar 17 maydan etibarən stendlərinin qurulmasına başlayacaq.

Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə keçirilən IDEF-2021 sərgisində 63 ölkədən 105 heyətin iştirak edəcəyi dəqiqləşib.

Məlumatda o da qeyd olunub ki, IDEF-2021-də səmərəli və təhlükəsiz sərgi təşkil edilməsi üçün bütün tədbirlər görülür. Yeni tip koronavirus pandemiyası ilə mübarizə məqsədilə sərgi ərazisində sağlamlığı qorumaq üçün bütün tədbirlər tam şəkildə təmin ediləcək.

Qeyd edək ki, 2015-ci ildən “Poliqon” (“Azeri Defence”) jurnalı da IDEF sərgisində media tərəfdaş qismində təmsil olunur.

Back to top button