Manşet
İlham Əliyev: Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdən kriminal ünsürlərin çıxarılması vacibdir

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulması və kriminal ünsürlərin ərazidən çıxarılması vacibdir.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Litvanın Prezidenti Gitanas Nauseda ilə görüşü zamanı deyib.
Azərbaycan Prezidenti bildirib ki, Ermənistan tərəfi ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə edib.




