İlham Əliyevin tapşırığı ilə FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb – VİDEO

İlham Əliyevin tapşırığı ilə FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bu barədə “Poliqon”a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Poliqon.az

CATEGORIES