
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) yaxın gələcəkdə yerli inşa olunan iki yeni sualtı qayığı təhvil alacaq.
Bu barədə “Poliqon” “Tasnim” xəbər agentliyinə istinadən məlumat verib.
Qeyd edilib ki, bunlar İran Müdafiə Nazirliyinin Dəniz Sənayesi Təşkilatı tərəfindən inşa olunan yeni nəsil “Qadir” və “Fateh” sualtı qayıqlarıdır.




