Türkiyə Braziliyaya ağır pulemyotlar tədarük edəcək

Türkiyə Braziliyaya ağır pulemyotlar tədarük edəcək

Türkiyənin “Canik” şirkəti Braziliya Silahlı Qüvvələrinə 12.7 mm-lik M2HB “Quick Change Barrel” (QCB) ağır pulemyotlarını tədarük edəcək.

Bu barədə “Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verib.

Bildirilib ki, birinci mərhələdə Braziliyaya 3.1 milyon ABŞ dolları dəyərində 200 ədəd M2HB QCB ağır pulemyotu tədarük olunacaq. Ancaq çatdırılmadan sonrakı dövrdə yeni sifarişlərin verilməsi gözlənilir.

Ağır pulemyotlar Braziliya Ordusunun ARES REMAX 3 və WE Platt MR550 kimi silah stansiyalarında istifadə ediləcək. Həmçinin bu stansiyalar “Guarani” 6×6 və “Guaicurus” 4×4 zirehli maşınlarına inteqrasiya olunacaq.

CATEGORIES