RegionXəbərlər

İran helikopterlər üçün yeni raket hazırlayıb

İran Quru Qoşunlarının Hava-Desant Diviziyası hərbi helikopterlər üçün hazırladığı yeni “Qadr-29” (“Qədr-29”) raketini nümayiş etdirib.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, yeni raket İran müdafiə sənayesi məhsullarının nümayiş etdirildiyi yerli sərgidə təqdim olunub.

“Bell 206” helikopterlərinə quraşdırıla bilən “Qədr-29” raketi, 150 kilometr mənzilə və 4 kiloqram ağırlığında döyüş başlığına malikdir.

Həmçinin sərgidə simulyasiya sistemləri, uzaqmənzilli qanadlı raketlər, pilotsuz uçuş aparatları, özünümüdafiə sistemləri, tank əleyhinə raketlər, artilleriya avadanlıqları və digər məhsullar nümayiş etdirilib.

Back to top button