
İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri “Phalanx” raketəleyhinə komplekslərlə təchiz ediləcək.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, İran HDQ-nın komandanı Golan Rza Bikam bildirib ki, İranın döyüş gəmiləri bundan sonra “Phalanx” raketəleyhinə komplekslərinin yerli versiyası ilə təmin olunacaqlar.
Onun sözlərinə görə, kompleks yekun testlərdən sonra HDQ-nın istismarına veriləcək.
Məlumatda o da qeyd olunub ki, “Phalanx” idarə olunan radarlar və 20 mm-lik atəş sisteminə malikdir. Bu sistem hədəfi atomatik aşkar edib və məhv edə bilir.
Xarici medianın verdiyi xəbərə görə, hazırda İran HDQ-nın parkında 50-dən artıq döyüş və köməkçi gəmilər mövcuddur. HDQ-nın şəxsi heyətin sayı isə 40 mindən artıqdır.




