Müdafiə
İran kiçik katerlərə qanadlı raketlər inteqrasiya edib

İran sürətli döyüş katerlərinin inşasına başlayır.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Fədavi keçirdiyi brifinqdə deyib.
Ə. Fədavi bildirib ki, katerlərin sürəti 80 uzl olacaq.
Onun sözlərinə görə, iranlı mühəndislər kiçik katerlərə gəmi əleyhinə qanadlı raketlərin inteqrasiyasına da nail olublar.



