İran Polisinin Xüsusi Bölməsi ölkənin ilk lazer silahını hazırlayıb
İran Hüquq-Mühafizə Qüvvələrinin (Polis) Xüsusi Bölməsi tərəfindən ölkənin ilk lazer silahı istehsal edilib.
“Polqion”un məlumatına görə, bunu “Tasnim” xəbər agentliyinə müsahibəsi zamanı İran Hüquq-Mühafizə Qüvvələrinin Xüsusi Bölməsinin komandanı Həsən Kərami deyib.
O qeyd edib ki, xüsusi təyinatlı polis bölmələrində istifadə olunan zəruri texnikanın 90 faizi yerli istehsaldır.
H.Karami müxtəlif tipli zirehli texnikaların, MP5 avtomatlarının və polis tapançalarının ölkə daxilində yerli olaraq istehsal edildiyini bildirib.