
İran Rusiyadan yeni növ silahların alınmasını ilə bağlı müzakirələr aparır.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı İranın ali rəhbəri Əli Əkbər Vilayəti verib.
O bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlıq güclüdür və bu proses inkişaf etməkdədir: “İranın Rusiyadan yeni silahlar almaq niyyəti var. Bilirəm ki, Rusiya hökumətinin də bu barədə mövqeyi müsbətdir. Bununla bağlı əlavə razılaşmanın olacağına ümid edirəm”.
Ə. Vilayəti S-400 zenit-raket kompleksinin alınması ilə bağlı prosesin hansı mərhələdə olduğuna dair isə açıqlama vermək istəməyib.




