
İran Rusiyadan uzun illərdən bəri əldə etmək istədiyi S-300 zenit-raket kompleksinin ilk partiyasını alıb.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.
O bildirib ki, proses davam edir və yaxın vaxtlarda S-300-lərin növbəti hissəsi də İrana gətiriləcək.
Rusiya silahının xaricə satışını həyata keçirən “Rosoboroneksport” şirkəti isə məsələyə şərh verməkdən boyun qaçırıb.
Xatırladaq ki, artıq 10 ilə yaxındır İranla Rusiya arasında S-300-lərin alınmasına dair razılıq əldə olunub. Buna baxmayaraq, Rusiya xarici təzyiqdən çəkinərək bu razılaşmanı reallaşdırmamışdı.



