İran yeni “Alborz” 3D radarını təqdim edib

İran yeni “Alborz” 3D radarını təqdim edib

İran hərbiçiləri fazalı antena şəbəkəli “Alborz” 3D radarını təqdim edib.

“Poliqon” İranın “Tasnimnews” xəbər agentliyinə istinadən xəbər verir ki, “Alborz” 3D radarı eyni vaxtda gözə çarpmayan və ya aşağı hündürlükdə uçanlar da daxil olmaqla 300-ə qədər hava hədəfini tuta bilər. Radarın əməliyyat məsafəsinin 450 kilometr olduğu bildirilir.

Fazalı antena şəbəkələri, antenanın özünü döndərmədən şüalanma istiqamətini idarə etməyə imkan verir. Buna görə fazalı antena şəbəkəli radarlar hərəkətli hissələrdən məhrumdur və bu da onların texniki xidmətini asanlaşdırır.

Fazalı antena şəbəkələri passiv və ya aktiv ola bilər. Passiv fazalı antena şəbəkəsində bir çox hücrədən gələn siqnallar bir qəbulediciyə, aktiv fazalı anten şəbəkəsində isə hər hücrənin öz qəbuledicisi var. Sonuncular daha mükəmməl və müasir hesab olunur.

Məlumatda İranın yeni “Alborz” 3D radarının aktiv və ya passiv olması dəqiqləşdirilməyib.

radar2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS