
İran 600 km-ə qədər radiusda və yüksək hündürlükdə düşmənin strateji hədəflərini müəyyən edə bilən radar hazırlayıb.
“AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, “Fəth-14” adlanan radar öz texniki imkanlarına görə regionda ilkdir.
İran yaxın gələcəkdə “Qaem Al-e Məhəmməd” adlı 1000 km mənsilə malik radarını istifadəyə verməyə hazırlaşır. Bu radarın hazırda quraşdırılması prosesi gedir.



