
İran yeni hazırladığı “Azaraxş” (“Azarakhsh”) adlı zirehdələn raketi nümayiş etdirib.
Bu barədə “AzeriDefence” İran mediasına istinadən məlumat verib.
Yeni raket 550 metr/saniyə sürətlə hərəkət edən hədəfləri 10 km məsafədə məhv edə bilir. Raketin termal özütuşlanan başlığı hədəfə 6 km məsafədən kilidlənir.
“Azaraxş” raketinin çəkisi 70 kiloqramdır.



