
Rusiya İrana S-400 zenit-raket kompleksinin satılacağına dair danışıqların aparılması xəbərini təkzib edib.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci idarəsinin direktoru Zamir Kabulov deyib.
O bildirib ki, Moskva və Tehran arasında S-400 zenit-raket kompleksinin alqı-satqısına dair heç bir danışıq aparılmır.
Onun sözlərinə görə, İran S-400-lərin alınmasında maraqlıdır. Lakin bununla bağlı ilkin danışıqlar da müzakirə mövzusu deyil.
Z.Kabulov deyib ki, Rusiya İrana S-300-lərin verilməsi prosesini yaxın vaxtlarda yekunlaşdıracaq.



