İrandan Azərbaycan ərazisinə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycan ərazisinə narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

2 3e833638223b5bd7705e7f3859443a22 e1686121790460

Poliqon.az

CATEGORIES