İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Avqust ayının 15-də saat 00:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

CATEGORIES